Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2023 , 20:38

1550

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Şəki  bələdiyyyələri 542 min manatlıq torpaq satışı həyata keçiriblər

 

Ötən il Şəki  bələdiyyyələri 542 min manatlıq torpaq satışı həyata keçiriblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Şəki rayonunda formalaşan 40 bələdiyyənin büdcə gəliri 1.383.800  manat olub. Bu 2021-ci illə müqayisədə 17.6 faiz çoxdur.

Əldə edilən gəlirin 35.6 faizi vergilərdən,  67.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 9.5 faizi torpaq 23.2 faizi əmlak vergisindən daxil olub.

Şəki bələdiyyələrinin büdcə gəlirinin 56.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Şəki bələdiyyələri ötən il 542.500 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 23.1 faiz çox deməkdir.  Büdcə gəlirlərinin 39.2 faizi məhz bu istiqamətdən daxil olub İl ərzində Şəki bələdiyyələrinə 98.700 manat dotasiya ayrılıb.

Şəki bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 30 faiz artıq olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 241.200 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 12.700 manat, avtodayanacaqlardan 7.300 manat maliyyə vəsaiti daxil olub.

Şəki bələdiyələrinə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
425