Astarada meyiti tapılan şəxs keçmiş bələdiyyə sədri olub
Astarada meyiti tapılan şəxs keçmiş bələdiyyə sədri olub Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.
O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.
Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.
Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
/APA/
Rəylər
0 Rəy