Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-05-2023 , 20:06

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Qəbələ bələdiyyələri 400 min manatlıq torpaq satışı həyata keçiriblər

Ötən il Qəbələ bələdiyyyələri 400 min manatlıq torpaq satışı həyata keçiriblər

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə 

Qəbələ rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 984.100  manat olub. Bu 2021-ci illə müqayisədə 32.9 faiz çoxdur. 

Əldə edilən gəlirin 19.0 faizi vergilərdən,  91 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 14.1 faizi torpaq, 4.9 faizi əmlak vergisindən daxil olub. 

Qəbələ bələdiyyələrinin büdcə gəlirinin 54.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qəbələ bələdiyyələri ötən il 397.600 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 75.8 faiz çox deməkdir.  Büdcə gəlirlərinin 40.4 faizi məhz bu istiqamətdən daxil olub İl ərzində Sabirabad bələdiyyələrinə 65.800 manat dotasiya ayrılıb. 

Qəbələ bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 63.9 faiz artıq olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 141.800 manat maliyyə vəsaiti daxil olub. 

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 158.700 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 12.100 manat maliyyə vəsaiti daxil olub. 

Qəbələ bələdiyələrinə bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər