Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2023 , 10:22

1634

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İmişli bələdiyyələrinin büdcə gəliri ötən il 40 faiz azalıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

İmişli rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 339.500 manat olub. Bu 2021-ci illə müqayisədə 40.8 faiz azdır.

Əldə edilən gəlirin 14.6 faizi vergilərdən,  85.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 9.0 faizi torpaq, 5.5 faizi əmlak vergisindən daxil olub.

İmişli bələdiyyələrinin büdcə gəlirinin 52.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

İmişli bələdiyyələri ötən il 66.600 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 47.3 faiz çox deməkdir.  İl ərzində İmişli bələdiyyələrinə 71.900 manat dotasiya ayrılıb.

İmişli bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 19.4faiz artıra biliblər.

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 112.600 manat maliyyə vəsaiti daxil olub. Avtodayanacaqlardan isə100 manat maliyyə vəsaiti daxil olub.

 Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər