Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-04-2023 , 10:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Kürdəmir bələdyyələrinin büdcə gəlirində yeddi faizlik artım  olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Kürdəmir rayonunda formalaşan 30 bələdiyyənin büdcə gəliri 270.400 manat olub. Bu 2021-ci illə müqayisədə 7 faiz çoxdur.

Əldə edilən gəlirin 27.6 faizi vergilərdən, 72.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.6 faizi torpaq, 6.01 faizi əmlak vergisindən daxil olub.

Kürdəmir bələdiyyələrinin büdcə gəlirinin 45.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Kürdəmir bələdiyyələri ötən il 30.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 7.3 faiz çox deməkdir.  İl ərzində Kürdəmir bələdiyyələrinə 70.500 manat dotasiya ayrılıb. Daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə 400 manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz