Masallı bələdiyyələrinin büdcə gəlirləri 8 faiz azalıb
Masallı bələdiyyələrinin büdcə gəlirləri
8 faiz azalıb
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Masallı rayonunda formalaşan
36 bələdiyyənin büdcə gəliri 459.300 manat olub. Bu 2021-ci llə müqayisədə
8 faiz azdur.
Əldə edilən gəlirin 15.7 faizi vergilərdən,
84.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 5.3 faizi torpaq, 10.4 faizi
əmlak vergisindən daxil olub.
Masallı bələdiyyələrinin büdcə gəlirinin
58.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və
istifadəyə verilməsindən daxil olub.
Masallı bələdiyyələri ötən il 158.800
manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 faiz az deməkdir. İl ərzində Masallı bələdiyyələrinə 96.800
manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən il
ərzində bələdiyyə büdcəsinə 1.100 manat
vəsait daxil olub.
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy