Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2023 , 10:23

1653

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Azərbaycanda hansı rayonun bələdiyyələri ay ərzində 50  manat qazanır?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Lerik rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 76.900 manat olub. Bu 2021-ci llə müqayisədə 11.8  faiz çoxdur. Əldə edilən gəlirin 1.6 faizi vergilərdən, 98.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 0.4 faizi torpaq, 1.1 faizi əmlak vergisindən daxil olub.

Lerik bələdiyyələrinin büdcə gəlirinin 11.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Lerik bələdiyyələri ötən il 8.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 dəfə çox deməkdir.  İl ərzində Lerik bələdiyyələrinə 59.700 manat dotasiya ayrılıb.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Qisa bir təhlil aparsaq görərik ki, dotasiyasız 29 Lerik bələdiyyəsinin aylıq büdcə gəliri 50 manata güclə çatır. Belə olan halda vəziyyətdən çıxış yollarlının axtarılması mütləq şəkildə lazımdır. Torpaqlar üzrə icarə haqqlarının yığılmasındakı problem ilk növbədə  öz həllini tapmalı, bələdiyyələrin xəritələrinin təqdim edilməli və mübahisəli məsələlər öz həllini tapmalıdır.Hər halda düşünməyə dəyər. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər