Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2023 , 17:51

1588

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Üç vergi növündən Xaçmaz bələdiyyələrinə maliyyə daxil olmayıb

Üç vergi növündən Xaçmaz bələdiyyələrinə maliyyə daxil olmayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Xaçmaz rayonunda formalaşan 38 bələdiyyənin büdcə gəliri 1.446.400 manat olub. Bu 2021-ci llə müqayisədə 24  faiz artıq deməkdir.

Əldə edilən gəlirin 32.9 faizi vergilərdən, 67.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 20.7 faizi torpaq, 12.2 faizi əmlak vergisindən daxil olub.

Xaçmaz bələdiyyələrinin büdcə gəlirinin 57.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Xaçmaz bələdiyyələri ötən il 660.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 dəfə çox deməkdir.  İl ərzində Xaçmaz bələdiyyələrinə 92.000 manat dotasiya ayrılıb.,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 10.400,  avtodayanacaqlardan  bələdiyyə büdcəsinə 600 manat maliyyə vəsait daxil olub.

Bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər