Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-04-2023 , 21:14

1504

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Kürdəmir bələdiyyələrinin büdcə gəlirinin 26 faizini dotasiya təşkil edib 

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Kürdəmir rayonunda formalaşan 30 bələdiyyənin büdcə gəliri 270.400 manat olub. Bu 2021-ci llə müqayisədə 6.9 faiz artıq deməkdir.

Əldə edilən gəlirin 27.6 faizi vergilərdən, 72.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.6 faizi torpaq, 6.6 faizi əmlak vergisindən daxil olub.

Kürdəmir bələdiyyələrinin büdcə gəlirinin 45.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Kürdəmir bələdiyyələri ötən il 30.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 7.3 faiz çox deməkdir.  İl ərzində Kürdəmir bələdiyyələrinə 104.100 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə 500 manat maliyyə vəsait daxil olub.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
521