Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2023 , 22:43

2044

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Daşkəsən bələdiyyələrinin acınacaqlı maliyyə durumda olması hansı səbəbdəndir? 

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Daşkəsən  rayonunda formalaşan 19 bələdiyyənin büdcə gəliri 94.200 manat olub.  2021-ci llə müqayisədə Daşkəsən bələdiyyələrinin büdcə gəlirində hər hansı artım olmayıb.  Əldə edilən gəlirin 8.2 faizi vergilərdən, 91.8 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 5.9 faizi torpaq, 2.2 faizi əmlak vergisindən daxil olub. Daşkəsən bələdiyyələrinin büdcə gəlirinin 39.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərzində bələdiyyələrə 40.300 manat dotasiya ayrılıb.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan,  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən b/ələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb. 

Belə qənaətə gələ bilərik ki, 19 bələdiyyənin ay ərzində əldə etdikləri vəsaitin həcmi dostasiyasız  237 manata bərabər olub. 

Beləliklə, 19 bələdiyyənin ən böyük uğuru ötən il ərzində torpaq və əmlak vergisnin yığımıyla bağlıdır.Yəni ilk dəfə olaraq Daşkəsən bələdiyyələri bu vergi növündən  il ərzində 7.700 manat maliyyə vəsaiti əldə edə biliblər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
426