Bələdiyyə sədri: “Sakinlərin müraciətini daim diqqət mərkəzində saxlayırıq”
“Astara rayonu Şahağac bələdiyyəsi sakinlərin müraciətini nəzərə alaraq kənarası yollarda təmir işlərini aparır”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Samir Mayılov bildirib.
Sədrin sözlərinə görə, bu gün ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, çoxsaylı layihələr, görülən məqsədyönlü tədbirlər təkcə paytaxtla yekunlaşmır, respublikamızın bütün bölgələrində, o cümlədən də Astara rayonunda uğurla həyata keçirilir. Bələdiyyə olaraq, sakinlərin müraciətini daim diqqət mərkəzində saxlayırıq.
Sədr bildirib ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də sakinlərin rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.
Bu günlərdə kənd sakinlərinin müraciətinə bələdiyyə iclasında baxılaraq müsbət qərar verilmiş və kəndarası yollara çınqıl tökülərək yayılması, habelə küçələrdə müəyyən abadlıq işlərinin görülməsi qərar alınmışdır.
Hazırda kəndarası yola qum-çınqılın döşənməsi, tökülmüş çınqılların hamarlanması, yolların yararlı hala salınması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Əlavə edək ki, doqquz nəfərlik üzvü olan Şahağac bələdiyyəsinin sədri Samir Mayılov 2020-ci ilin yanvarından bələdiyyə sədri vəzifəsində çalışır.
Belediyye.info
Rəylər
0 Rəy