Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2023 , 21:20

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən illə müqayisədə Şamaxı bələdiyyələri 61 faiz  artıq  əmlak vergisi toplayıblar


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Şamaxı rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 346.400 manat olub. Bu 2021-ci llə müqayisədə 29.7  faiz çox deməkdir. Qeyd edək ki, bu rəqəm ölkə üzrə orta statistik rəqəmdən iki dəfə artıqdır. Əldə edilən gəlirin 53.5 faizi vergilərdən, 46.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 29.2 faizi torpaq, 23 faizi əmlak vergisindən daxil olub. Şamaxı bələdiyyələrinin büdcə gəlirinin 22.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərzində Şamaxı bələdiyyələrinə 63.700 manat dotasiya ayrılıb.  Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan 500 manat,  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 17.800 manat  maliyyə vəsaiti daxil olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər