Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 00:21

97

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Erkən nikaha yox deyək – sağlam gələcək, güclü cəmiyyət naminə!


Uşaq hüquqları aylığı çərçivəsində Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə Şabran şəhər O. Bəşirov adına 2 nömrəli ümumi orta məktəbdə erkən nikahın fəsadları və onun qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə erkən nikahın uşaqların hüquqlarına, təhsilinə, fiziki və psixoloji sağlamlığına, eləcə də gələcək həyatına mənfi təsirləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, erkən nikah yalnız fərdi deyil, həm də ciddi sosial problemdir. Hər bir uşağın təhsil almaq, öz potensialını reallaşdırmaq, uşaqlığını yaşamaq və gələcəyini sərbəst şəkildə qurmaq hüququ vardır.

Görüş zamanı şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və erkən nikahın yaratdığı təhlükələr diqqətə çatdırılıb.

Unutmayaq ki, uşaqların yeri erkən nikahda deyil, məktəbdə, təhsildə və arzularının arxasınca gedəcəkləri işıqlı gələcəkdədir!

Erkən nikahın qarşısının alınması hər birimizin məsuliyyətidir.

Şabran bələdiyyəsi 





Rəylər

0 Rəy


Rəy yaz