Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 19:50

109

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov:  "Muxax bələdiyyəsinin 2027-ci il üzrə büdcə prioritetləri müəyyənləşdirilib"

Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusibov 2027-ci il üçün nəzərdə tutulan büdcə layihəsi, gəlir mənbələri, qarşıdakı ildə həyata keçirilməsi planlaşdırılan işlər və büdcə gəlirlərinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı açıqlama verib.

Elvin Yusibov bildirib ki, Muxax bələdiyyəsinin 2027-ci il üçün ilkin proqnoz büdcəsi müzakirə olunub. Büdcənin təsdiq edilməsi isə cari ilin dekabr ayında nəzərdə tutulub.

Növbəti ildə bələdiyyə büdcəsinin əsas xərc istiqamətləri kəndin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin aparılması və sosial dəstək tədbirlərinin həyata keçirilməsi olacaq.

Belə ki, 2027-ci ildə Şəhidlər xiyabanında və Şəhidlər bulağında təmir-bərpa işlərinin aparılması, kənddaxili ara yolların təmiri və tikintisi, kənd idman meydançasının təmiri, eləcə də idman avadanlıqlarının alınması planlaşdırılır.

Bununla yanaşı, Mədəniyyət və İstirahət parkında təmir və abadlıq işlərinin görülməsi, bələdiyyənin inzibati binasının əsaslı təmiri, kənd qəbiristanlıqlarında abadlıq və təmir işlərinin aparılması da nəzərdə tutulan əsas tədbirlər sırasındadır.

Sosial müdafiə məsələləri də diqqət mərkəzində saxlanılacaq. Bu istiqamətdə şəhid ailələrinə, tənha və kimsəsiz şəxslərə, eləcə də xəstələrə imkanlar daxilində sosial yardımların göstərilməsi planlaşdırılır.

Büdcənin gəlir proqnozlarına gəldikdə, bələdiyyə sədri qeyd edib ki, 2027-ci il üçün ilkin proqnoza əsasən, gəlirlərin aşağıdakı mənbələr hesabına formalaşması nəzərdə tutulur:

Əmlak vergisi – 10 000 manat;

Torpaq vergisi – 26 000 manat;

İcarə haqları – 30 000 manat;

Özgəninkiləşdirmədən daxilolmalar – 90 000 manat;

Digər gəlirlər – 35 000 manat.

Beləliklə, 2027-ci il üçün proqnozlaşdırılan ümumi büdcə gəlirləri 191 000 manat təşkil edir.

Elvin Yusibov büdcə gəlirlərinin artırılması istiqamətində görüləcək işlərdən də danışıb. O bildirib ki, bu məqsədlə vergi ödəyiciləri ilə mütəmadi olaraq açıq qapı günlərinin keçirilməsi, vergilərlə bağlı maarifləndirici broşür və bukletlərin hazırlanaraq əhaliyə paylanması nəzərdə tutulur.

Eyni zamanda, bələdiyyənin sosial şəbəkələrdə fəaliyyətinin genişləndirilməsi, ərazidə görülən işlər, həyata keçirilən layihələr və yeniliklər barədə məlumatların vaxtında ictimaiyyətə çatdırılması da əsas vəzifələrdəndir. Bu məqsədlə “Bələdiyyə.info” xəbər portalı və Muxax bələdiyyəsinin rəsmi Facebook səhifəsindən daha fəal istifadə olunacaq.

Bələdiyyə gəlirlərinin dinamikasına toxunan sədr 2025 və 2026-cı illərin ilk 10 ayı üzrə göstəriciləri də diqqətə çatdırıb.

Qeyd olunan dövrdə daxilolmaların müqayisəsi aşağıdakı kimidir:

Gəlir mənbələri

2025-ci il (10 ay)

2026-cı il (10 ay)

Əmlak vergisi

8 068,32

15 229,17

Torpaq vergisi

19 971,80

25 281,62

İcarə haqları

10 373,19

15 000,57

Ot satışı, fındıq və digər gəlirlər

18 897,40

12 565,52

Özgəninkiləşdirmədən daxilolmalar

18 650,00

44 223,90

Cəmi

75 960,71

112 300,78

Müqayisəli göstəricilərdən göründüyü kimi, 2026-cı ilin ilk 10 ayında qeyd olunan gəlir mənbələri üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36 340,07 manat artıb.

Sonda Elvin Yusibov qeyd edib ki, qarşıdakı dövrdə bələdiyyənin əsas məqsədi mövcud maliyyə imkanlarından səmərəli istifadə etmək, yerli gəlirlərin artırılması üçün vergi intizamını gücləndirmək, kəndin sosial və infrastruktur problemlərinin həllinə töhfə vermək, eləcə də sakinlərin müraciət və ehtiyaclarını diqqətdə saxlamaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər