Elvin Yusubov: "Muxax bələdiyyəsinin 2027-ci il üzrə büdcə prioritetləri müəyyənləşdirilib"
Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusibov 2027-ci il üçün nəzərdə tutulan büdcə layihəsi, gəlir mənbələri, qarşıdakı ildə həyata keçirilməsi planlaşdırılan işlər və büdcə gəlirlərinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı açıqlama verib.
Elvin
Yusibov bildirib ki, Muxax bələdiyyəsinin 2027-ci il üçün ilkin proqnoz büdcəsi
müzakirə olunub. Büdcənin təsdiq edilməsi isə cari ilin dekabr ayında nəzərdə
tutulub.
Növbəti
ildə bələdiyyə büdcəsinin əsas xərc istiqamətləri kəndin sosial
infrastrukturunun yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin aparılması və
sosial dəstək tədbirlərinin həyata keçirilməsi olacaq.
Belə
ki, 2027-ci ildə Şəhidlər xiyabanında və Şəhidlər bulağında təmir-bərpa işlərinin
aparılması, kənddaxili ara yolların təmiri və tikintisi, kənd idman
meydançasının təmiri, eləcə də idman avadanlıqlarının alınması planlaşdırılır.
Bununla
yanaşı, Mədəniyyət və İstirahət parkında təmir və abadlıq işlərinin görülməsi,
bələdiyyənin inzibati binasının əsaslı təmiri, kənd qəbiristanlıqlarında
abadlıq və təmir işlərinin aparılması da nəzərdə tutulan əsas tədbirlər
sırasındadır.
Sosial
müdafiə məsələləri də diqqət mərkəzində saxlanılacaq. Bu istiqamətdə şəhid ailələrinə,
tənha və kimsəsiz şəxslərə, eləcə də xəstələrə imkanlar daxilində sosial
yardımların göstərilməsi planlaşdırılır.
Büdcənin
gəlir proqnozlarına gəldikdə, bələdiyyə sədri qeyd edib ki, 2027-ci il üçün
ilkin proqnoza əsasən, gəlirlərin aşağıdakı mənbələr hesabına formalaşması nəzərdə
tutulur:
Əmlak
vergisi – 10 000 manat;
Torpaq
vergisi – 26 000 manat;
İcarə
haqları – 30 000 manat;
Özgəninkiləşdirmədən
daxilolmalar – 90 000 manat;
Digər
gəlirlər – 35 000 manat.
Beləliklə,
2027-ci il üçün proqnozlaşdırılan ümumi büdcə gəlirləri 191 000 manat təşkil
edir.
Elvin
Yusibov büdcə gəlirlərinin artırılması istiqamətində görüləcək işlərdən də
danışıb. O bildirib ki, bu məqsədlə vergi ödəyiciləri ilə mütəmadi olaraq açıq
qapı günlərinin keçirilməsi, vergilərlə bağlı maarifləndirici broşür və bukletlərin
hazırlanaraq əhaliyə paylanması nəzərdə tutulur.
Eyni
zamanda, bələdiyyənin sosial şəbəkələrdə fəaliyyətinin genişləndirilməsi, ərazidə
görülən işlər, həyata keçirilən layihələr və yeniliklər barədə məlumatların
vaxtında ictimaiyyətə çatdırılması da əsas vəzifələrdəndir. Bu məqsədlə “Bələdiyyə.info”
xəbər portalı və Muxax bələdiyyəsinin rəsmi Facebook səhifəsindən daha fəal
istifadə olunacaq.
Bələdiyyə
gəlirlərinin dinamikasına toxunan sədr 2025 və 2026-cı illərin ilk 10 ayı üzrə
göstəriciləri də diqqətə çatdırıb.
Qeyd
olunan dövrdə daxilolmaların müqayisəsi aşağıdakı kimidir:
Gəlir
mənbələri
2025-ci
il (10 ay)
2026-cı
il (10 ay)
Əmlak
vergisi
8
068,32
15
229,17
Torpaq
vergisi
19
971,80
25
281,62
İcarə
haqları
10
373,19
15
000,57
Ot
satışı, fındıq və digər gəlirlər
18
897,40
12
565,52
Özgəninkiləşdirmədən
daxilolmalar
18
650,00
44
223,90
Cəmi
75
960,71
112
300,78
Müqayisəli
göstəricilərdən göründüyü kimi, 2026-cı ilin ilk 10 ayında qeyd olunan gəlir mənbələri
üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36 340,07 manat artıb.
Sonda Elvin Yusibov qeyd edib ki, qarşıdakı dövrdə bələdiyyənin əsas məqsədi mövcud maliyyə imkanlarından səmərəli istifadə etmək, yerli gəlirlərin artırılması üçün vergi intizamını gücləndirmək, kəndin sosial və infrastruktur problemlərinin həllinə töhfə vermək, eləcə də sakinlərin müraciət və ehtiyaclarını diqqətdə saxlamaqdır.
Belediyye.info
Rəylər
0 Rəy