Fidan Fərzəliyeva: “Bələdiyyənin inkişafı yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır”
“Şabran bələdiyyəsinin yüksək səviyyədə inkişaf etməsi, sakinlərin sosial-rifahının yüksəldilməsi və şəhərimizin abadlığı üçün qarşımizda mühüm vəzifələr dayanır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.
Sədr qeyd edib
ki, əsas məqsədimiz bələdiyyənin fəaliyyətində şəffaflığı və vətəndaşlarla
birbaşa ünsiyyəti daha da gücləndirmək, sakinlərin müraciət və təkliflərini
diqqətlə dinləmək və onların həlli istiqamətində konkret addımlar atmaqdır.
Bununla yanaşı,
Şabran şəhərinin inkişafında, o cümlədən şəhərin abadlaşdırılması, yolların və
küçələrin vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların artırılması, kommunal və
sosial infrastrukturun inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi
və yeni layihələrin həyata keçirilməsində Şabran RİH-in həyata keçirdiyi layihələrlə
yanaşı Şabran bələdiyyəsi olaraq bizdə daim
öz töhfəmizi veririk və bundan sonra da maliyyə imkanları çərçivəsində hər bir dəstəyimizi
göstərəcəyik.
Sədr hesab edir
ki, bələdiyyənin inkişafı yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmır. Bu
prosesdə dövlət qurumları, sahibkarlar, ictimaiyyət nümayəndələri və ən əsası,
Şabran sakinləri birlikdə iştirak etməlidirlər.
Belediyye.info
Rəylər
0 Rəy