Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-08-2026 , 23:52

62

Son xəbərlər

Bütün xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zeynəlabdin Zeynalov: “Şəhid ailəsinin müraciəti əsasında ilkin olaraq 1000 kv.m-lik əraziyə asfalt vurulması həyata keçirilmişdir”

“Bələdiyyə əldə etdiyi büdcə vəsaitlərini bütün hallarda sakinlərin qaldırdığı problemlərin həllinə yönəldir. Bu günlərdə şəhid ailələrinin müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq az bir müddət ərzində şəhid ailələrinin evlərinə gedən yollara asfalt salınması ilə bağlı layihənin icrasına start verilib”-bu fikirləri Belediyye.infoya  Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.

Sədrin sözlərinə görə, şəhid ailəsinin müraciəti əsasında ilkin olaraq 1000 kv.m-lik əraziyə asfalt vurulması həyata keçirilmişdir. Bu proses bundan sonra da  davam etdiriləcəkdir.  

Ərazi zibil və bərk məişət tullantılarından təmizlənmiş, yolda bərkitmə işləri aparılmış, sonra isə asfatl qatı çəkilmişdir.

Sədr qeyd edib ki, İkinci Qarabağ müharibəsinin şəhidi Mərdan Quluzadənin adını daşıyan küçəyə asfalt vurulması yekunlaşdırılmışdır.

Bələdiyyə mərhələli şəkildə bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən digər şəhid adini daşıyan küçələrdə də abadlıq işlərini davam etdirəcəkdir. 

Sədr qeyd edib ki, bələdiyyədə şəhid əziz xatirəsi hər zaman yüksək tutulur və ehtiramla yad edilir.

Sədr sonda  vergi ödəyicilərinə müraciət edərək vergi ödənişlərini vaxtında ödəməyə çağırış etmişdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1808