Zeynəlabdin Zeynalov: “Şəhid ailəsinin müraciəti əsasında ilkin olaraq 1000 kv.m-lik əraziyə asfalt vurulması həyata keçirilmişdir”
“Bələdiyyə əldə etdiyi büdcə vəsaitlərini bütün hallarda sakinlərin qaldırdığı problemlərin həllinə yönəldir. Bu günlərdə şəhid ailələrinin müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq az bir müddət ərzində şəhid ailələrinin evlərinə gedən yollara asfalt salınması ilə bağlı layihənin icrasına start verilib”-bu fikirləri Belediyye.infoya Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.
Sədrin
sözlərinə görə, şəhid ailəsinin müraciəti əsasında ilkin olaraq 1000 kv.m-lik əraziyə
asfalt vurulması həyata keçirilmişdir. Bu proses bundan sonra da davam etdiriləcəkdir.
Ərazi
zibil və bərk məişət tullantılarından təmizlənmiş, yolda bərkitmə işləri
aparılmış, sonra isə asfatl qatı çəkilmişdir.
Sədr
qeyd edib ki, İkinci Qarabağ müharibəsinin şəhidi Mərdan Quluzadənin adını daşıyan
küçəyə asfalt vurulması yekunlaşdırılmışdır.
Bələdiyyə
mərhələli şəkildə bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən digər şəhid
adini daşıyan küçələrdə də abadlıq işlərini davam etdirəcəkdir.
Sədr
qeyd edib ki, bələdiyyədə şəhid əziz xatirəsi hər zaman yüksək tutulur və
ehtiramla yad edilir.
Sədr
sonda vergi ödəyicilərinə müraciət edərək
vergi ödənişlərini vaxtında ödəməyə çağırış etmişdir.
Belediyye.info
Rəylər
0 Rəy