Anar İsmayılov: “Şəhər qəbirstanlığında təmizlik-abadlıq işləri bələdiyyənin daim diqqətindədir”
“Mingəçevir bələdiyyəsi tərəfindən şəhər qəbiristanlığında abadlıq və təmizlik işləri davam etdirilir”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədrin sözlərinə görə, hazırda aparılan işlər çərçivəsində
qurumuş və təhlükə yaradan ağacların budanması, ərazinin təmizlənməsi və ətraf
mühitin səliqəyə salınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi
başa çatdırılıb.
Anar İsmayılov qeyd edib ki, həyata keçirilən abadlıq işlərinin
məqsədi qəbiristanlıq ərazisinin daha səliqəli, təhlükəsiz və baxımlı vəziyyətdə
saxlanılmasını təmin etməkdir. İşlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə
tutulur.
Bələdiyyə iclasının qərarı ilə şəhər qəbirstanlığında təmizlik
abadlıq işləri bələdiyyənin daim diqqətindədir və burada işlər təsdiq edilmiş
proqrama uyğun bundan sonra da həyata keçiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy