Mingəçevir bələdiyyəsində gənclərlə görüş keçirilib
Mingəçevir Gənclər Evinin həyata keçirdiyi “Rəhbərliklə bir gün” layihəsi çərçivəsində Mingəçevir Bələdiyyəsində bələdiyyə sədri Anar İsmayılov gənclərlə görüş keçirib.
Görüş zamanı Anar İsmayılov gənclərə yerli özünüidarəetmə
orqanlarının fəaliyyəti, bələdiyyənin həyata keçirdiyi layihələr, qarşıda duran
hədəflər və gənclərin cəmiyyətin inkişafındakı rolu barədə ətraflı məlumat
verib.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə gəncləri
maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib,
yerli özünüidarəetmə sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda gənclərlə xatirə şəkli çəkdirilib.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy