Nicat Səmədzadə: “Bələdiyyə olaraq Siyəzən rayonunda maddi-mədəni irsimizin qorunmasına öz töhfəmizi veririk”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində bələdiyyənin inzibati binasında keçirilən növbəti görüşdə Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə, sədr müavini Nərmin Nəbiyeva, habelə bələdiyyənin bir sıra üzv və qulluqçuları yaxından iştirak ediblər.
İctimai
birliyin sədri Vüqar Cəfərov görüş
iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı və
Yardımlı rayonlarında ikigünlük görüşlərin keçirildiyini, hər bir görüşdə bələdiyyələrin
üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin
səsləndirildiyini qeyd edib.
Vüqar Cəfərov
çıxışında Siyəzən rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi,
qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət
yükünün düşdüyünü də xüsusilə qeyd edib.
Görüşdə
Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə mövzunun aktual olduğunu birdirməklə
yanaşı, bələdiyyə tərəfindən bu istiqamətdə bir ısra işlərin həyata
keçirildiyini qeyd edib.
Sədr qeyd
edib ki, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının şəhərin diqqətdən kənarda
qalan hissəsində olan heykəlinin Siyəzən
RİH-in təşəbbüsü ilə şəhərin görkəmli yerinə köçürülməsində yaxından iştirak
etməsi, əvvəlkində də daha monumental postamentdə ucaldılması əslində mədəni
irsinizmə olan diqqət kimi qeyd edilməlidir.
Bununla yanaşı şəhərdə tarix-diyarşünaslıq muzeyi üçün ayrılan inzibati binada
təmir bərpa işlərinə bələdiyyənin də dəstək göstərməsi bələdiyyənin şəhərin
maddi mədəni irsinin mühafizəsi və qorunmasında göstərdiyi xidmət də sayıla bilər.
Ancaq bu
gün Siyəzən rayonunda formalaşan hər bir bələdiyyənin maddı-mədəni irs nümunələrinin
qorunmasına və mühafizəsinə öz töhfəsini verməyə çalışmalıdır.
Bu gün Həmyə
bələdiyyəsinin inzibati ərazisində düşən “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunun mühafizəsində öz töhfəsini verməyə maraqlıdır. Qeyd edək
ki “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu ölkıə başçısının müvafiq sərəncamı ilə 2020-ci ilin iyunun 8
-də yaradılıb.
Siyəzən bələdiyyəsinin
sədri müavini Nərmin Nəbiyeva müzakirə edilən mövzunun aktual olduğunu dilə gətirib.
Sədr müavini bugünədək gənclərin və könüllülərin iştirakı ilə bir sıra layihələrin
icra edildiyi və maddi-mədəni irsin qorunması və mühafizəsi ilə bağlı bələdiyyə tərədindən layihə
hazırlandığını da qeyd edib. Bu gün Siyəzən bələdiyyəsi var gücü ilə büdcə gəlirlərini
artırmağa çalışır ki, nəəzərdə tutulan hər bir layihənin icrasını həyata keçirə
bilsin.
Sədr
müavini qeyd edib ki, özündə qədim
tariximizin nümunələri olan maddi-mədəni irs nümunələrinin olduğu kimi gənc nəslə çatdırmasında hər birimiz öz töhfəmizi
verməliyik.
Görüşdə həmçinin
mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Sonda görüş
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İkigünlüik
səfər çərçivəsində həm bələdiyyənin həyata keçirdiyi layihələrə baxış
keçirilmiş, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ziyarət
olunmuşdur.
Xatırladaq
ki, layihə çərçivəsində növbəti görüşlər
Şabran Quba, Xaçmaz, İsmayıllı və
Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək
ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin
dekabrında təsis edilmiş və 2010-cu ilin
fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq
aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə
söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy