Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-07-2026 , 18:50

196

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Hər bir sakinin müraciəti diqqətdə saxlanılır”


“Bələdiyyə olaraq hər bir vətəndaşın müraciətini diqqətdə saxlayır və bələdiyyə iclasında müzakirəyə çıxararaq həllinə  maliyyə imkanları çərçivəsində nail oluruq”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki, aprel-may aylarında güclü yağəşın yaratdığı fəsadları aradan qaldırmaq üçün kənd sakinlərinin dəstəyi ilə Tüntül kəndinin məhəllədaxili yollarına çınqıl tökülərək yayılmış, ərazilərdə olan bərk məişət tullantıları təmizlənmiş, kənddə abadlıq işləri həyata keçirilmişdir. Bələdiyyənin həyata keçirdiyi bu layihə sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

Bununla yanaşı bələdiyyə əhalinin həsas qurupuna aid olan, həmçinin ehtiyacı olan vətəndaşlara öz maddi dəstəyini hər zaman göstərməkdədir. Avtoqəza nəticəsində həyatını itiriən gəncin ailəsinə 400 manat, dünyasını dəyişən Nohurqışlaq kənd sakininin ailəsinə 400 manat həcmində, həmçinin Nohurqışlaq kənd sakini olan qazi ailəsinə 150 manat həcmində maddi yardim verilmisdir.

Sədr qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir. Məmnunluğun təmin edilməsi isə  büdcə gəlirlərinin artırmaqla başlayır. Odur ki, bələdiyyənin vergi xidməti BAMS-ın yaratdığı bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini artırmağa çalışır. Son üç ilin müqayisəli təhlili göstərir ki, bu irəliləyişə müəyyən mənada nail ola bilmişik.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər