Bəhruz Abbasov: “Cari ilin birinci yarısınıda bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb”
“Son üç il ərzində bələdiyyənin büdcə gəlirlərini 37 faiz artıra bilmişik. Artımın faiz dərəcəsi bizi qane etməsə də, kollektiv ruhdan düşmür və BAMS-ın yaratdığı imkanlardan layiqincə istifadə etməyə çalışır”- bu fikirləri Belediyye.infoya Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov deyib.
Ötən üç il
ərzində əldə etdiyi rəqəmlərə toxunan sədr bildirib ki, 2024-cü ilin birinci yarısı üzrə 21.318 manat
əldə edilib ki, onunda 4.440 manatı
əmlak vergisindən, 1.204 manatı torpaq vergisindən, 15.674 manatı isə bələdiyyə
mülkiyyətinin icarəsindən daxil olub.Təəssüf ki, il yarım ərzində bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsi prosesi baş tutmayıb.
2025-ci ilin
birinci yarısı üzrə 20.835 manat əldə
edilib ki, onun da 4.178 manatı əmlak
vergisindən, 1.217 manatı torpaq vergisindən, 12.300 manatı bələdiyyə
mülkiyyətinin icarəsindən daxil olub. İl yarım ərzində bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən isə bələdiyyə büdcəsinə 3.140 manat daxil olub.
2026-cı ilin
birinci yarısı üzrə 29.252 manat əldə edilib ki, onunda 6.702 manatı əmlak vergisindən, 2.010 manatı
torpaq vergisindən, 20.540 manatı isə bələdiyyə mülkiyyətinin icarəsindən daxil
olub. Təəssüf ki, bu ilin birinci yarısınıda bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil
olmayıb..
Sədr
açıqlamasında bildirib ki, bələdiyyənin qarşıya qoyduğu əsas hədəf büdcə gəlirlərini artırmaqla kənd ərazisində gənclərin asudə
vaxtının səmərəli keçirilməsi üçün tədbirlərin keçirilməsi və idman qurğuları
meydançaslnın təşkil edilməsidir.
İnanırıq ki, kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy