Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 17:22

165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra başçısı Boradigah qəsəbəsində görülən işlərlə tanış olub

“Masallı Rayon İcra Hakimiyyətinin başçısı, cənab  Araz Əhmədov Boradigah qəsəbə ərazində su aparıcı kanalların təmizlənməsi işləri ilə yerində tanış olub. Masallı RİHB-nın Boradigah  inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Boradigah bələdiyyəsinin təşəbbüsü və dəstəyi, habelə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası ilə kanalların lildən təmizlənməsi işləri sürətlə davam etdirilir”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, rayon icra hakimiyyəti başçısına görülən işlər barəsində  ətraflı məlumat verilərək bildirilib ki,  ümumilikdə layihə çərçivəsində  6 kilometr uzunluğunda su aparıcı kanalın  təmizlənməsi nəzərdə tutulur. Hazırda işlər mərhələli şəkildə davam etdirilir.

Xanım sədr daha sonra qeyd edib ki, həyata keçirilən tədbirlər sel və yağış sularının maneəsiz axınının təmin olunmasına, daşqın riskinin azaldılmasına, əkin və həyətyanı torpaq sahələrinin su basmasının qarşısının alınmasına, həmçinin ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər