Tural Ağammədov: "Hazırlanacaq proqramda bələdiyyənin həm də Masallı rayon tarix - diyarşünaslıq muzeyi ilə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulur”
İctimai birliyin sədri Vüqar Cəfərov görüş iştirakçılarına layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas ideyası bələdiyyə ərazilərindəki maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin işinin efektiv qurulmasına nail olmaqdır. Vüqar Cəfərov çıxışında zəngin və qədim tarixə sahib olan Masallı rayonunun maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü qeyd edib. Ancaq bu vəzifələrin icrası bələdiyyələrdən həm də xarici ölkələrin təcrübəsinin öyrənilməsini tələb edir. Bu xüsusda Türkiyə təcrübəsinin öyrənilməsi daha məqsədəuyğun sayıla bilər.
Görüşdə Masallı bələdiyyəsinin sədri Tural Ağammədov müzakirə edilən mövzunun zəruriliyinə toxunaraq
Masallı bələdiyyəsi tərəfindən bu sahənin
mühafizəsi üçün strateji proqramın hazırlanacağını, növbəti ildən isə proqramın
icrası ilə bağlı bələdiyyə büdcəsindən müəyyən maliyyə vəsaitinin ayrılacağını
qeyd edib. Proqramda bələdiyyənin Masallı şəhərində fəaliyyət göstərən tarix - diyarşünaslıq
muzeyi ilə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulur. Sədrin
sözlərinə görə, bu gün bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunun təmin
edilməsi üçün büdcə gəlirlərini artırmaqdır.
Görüşdə Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov
da çıxış edərək rəhbərlik etdiyi bələdiyyənin fəaliyyıətindən, həyata keçirilən
layihələrdən, layihələrin icrasında həm yerli xeyriyyəçi insanların, həmçinin
sakinlərin yaxından iştirak etməsindən danışıb. Sədr bələdiyyə ərazisində qədim
məscidin bərpa edilməsində bələdiyyənin də yaxından iştirak etdiyini qeyd edib.
Hazırda müzakirə edilən mövzunun aktullığına toxunan sədr konkret olaraq rayon
bəılədiyyələrinin bu sahə ilə bağlı birgə inkişaf proqramının hazırlanmasına
ehtıyac olduğunu qeyd edib.
Görüşdə Masallı rayonunun tarixindən, inkişaf yolundan,
rayonun qədim abidələrinin funksionallığından danışılıb. Müzakirələrdə mövzu ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti
ilə yaxından tanışlıq keçirilmiş, həmçinin
rayonda fəaliyyətdə olan Masallı rayon tarix-diyarşünaslıq muzeyi ziyarət
olunmuşdur.
Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər Yardımlı, Siyəzən, Şabran Quba, Xaçmaz,
İsmayıllı və Oğuz rayon bələdiyyələrində
keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info