Belə əziz bir gündə hər birinizi milli dəyərlərimizin qorunmasına çağırıram: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram.
Azərbaycan
xalqının taleyində mühüm dönüş nöqtəsi olan Milli Qurtuluş Günü dövlətçiliyimizin
xilası, sabitliyin və inkişafın başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Ulu
Öndər Heydər Əliyevin dediyi kimi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və
yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur.” Məhz onun uzaqgörən
siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olmuş, müasir və
qüdrətli Azərbaycan dövlətinin əsası möhkəmləndirilmişdir.
Bu gün həmin
siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi: “Biz güclü dövlət qurmuşuq və bu dövlətin gələcəyi çox parlaqdır.”
Milli
Qurtuluş Gününün ərəfəsində hər bir vətəndaşımızı bir daha həmrəyliyə, dövlətimizə
sədaqətə və milli dəyərlərimizin qorunmasına çağırır, əziz xalqımıza davamlı
sülh, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram.
Bayramınız
mübarək...
İsmayıl Rəsulov
Ağcabədi bələdiyyəsinin
sədri.
Rəylər
0 Rəy