Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2026 , 16:22

128

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elnur Beybalayev: “Məqsədimiz seçicilərimizə xidmət etməkdir”

“Ağalıq bələdiyyəsi hər zaman seçicilərin qaldırdığı məsələlərin həllinə var qüvvəsi ilə çalışır”-  bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.

Sədr qeyd edib ki, bələdiyyənin maliyyə imkanları çərçivəsində hər bir müraciət diqqətlə öyrənilir və bələdiyyə iclasında müzakirədən sonra icrası barədə qərar qəbul edilir.

Bu günlərdə bələdiyyənin inzibati ərazisinə aid Söhbətli kəndinin məhəllədaxili yollarına sakinlərin müraciətlərinə əsasən çınqıl tökülərək yayılmışdır. Bununla yanaşı Ağalıq və Təzəkənd ərazisində bəzi əraziləri məişət tullantılarından təmizlənib.

Bələdiyyə üzv və qulluqçularından ibarət yaradılmış işçi qrupu sakinlərlə  maarifləndirici söhbət apararaq həm vergilərin ödənilməsinə,  həm də bərk məişət tullantılarının yeri gəldi-dəlmədi atmaqla digər sakinlərə problemin yaradılmasının yolverilməz olduğu izah edilmişdir.

Bələdiyyənin maliyyə imkanları çərçivəsində bələdiyyənin inzibati ərazisində ilin sonunadək bir ısra layihələrin icrası nəzərdə tutulub.

Sədr qeyd edib ki, məqsədimiz seçicilərimizə xidmət etməkdir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər