Seymur Bünyatov: "İl ərzində 21 min manatlıq DSMF borcunu bağlaya bildik"
“2025-ci il bələdiyyə seçkiləri zamanı Qarabucaq qəsəbə və
Şilyan bələdiyyələrinin əhatə etdiyi Qarabucaq qəsəbəsində və Qarabucaq,
Qarasu, Qurdbayram, Şilyan kəndləri əsasında Şilyan-Qarabucaq bələdiyyəsi formalaşdırıldı” -
bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Bünyatov
deyib.
Sədr qeyd edib ki, 2025-ci il 13 nəfərlik üzvü olan Şilyan-Qarabucaq
bələdiyyəsi üçün müəyyən mənada ağır keçsə də, bələdiyyə ruhdan düşmədi. İl ərzindəki
fəaliyyət nəticəsində əldə edilən vəsaitlə 21 min manatlıq DSMF borcu
bağlanılmış, habelə əməhaqqı ilə bağlı məsələlərin bir qismi də öz həllni tapmışdır.
Sədr deyib ki, bütün hallarda fəaliyyətimiz göz önündədir. Yəni ötən ilin birinci rübü ilə müqayisədə cari ilin birinci rübündə vergilərin yığımında 5.7 dəfə artım müşahidə olunub. Belə ki, ötən il rüb ərzində yerli vergilərin həcmi 1.237 manat idisə, cari ildə bu rəqəm 7.069 manat olub.
Ötən il əldə olunan vəsaitin
599 manatı əmlak, 638 manatı isə torpaq vergisindən əldə olmuşdursa, cari ildə əmlak
vergisindən 1.360 manat, torpaq vergisindən isə 5.381 manat əldə olunub. Bu isə
2.3 dəfəyədək əmlak vergisində, 9 dəfəyədək isə torpaq vergisində artım deməkdir.
Əldə olunan nəticələrdə, sözsüz ki, yenilənmiş və təkmilləşdirilmiş BAMS
proqramının mühüm əhəmiyyəti olub.
Sədr
sonda qeyd edib ki, nəticə etibari ilə vətəndaş məmnunluğunu təmin etmək üçün bundan
sonra da var gücümüzlə çalışacağıq.
Belediyye.info
Rəylər
0 Rəy