Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-04-2026 , 00:02

89

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “İki il əvvəl üç faiz olduğu halda, cari ilin birinci rübündə bu rəqəm 39 faizə çatıb”

“Fəaliyyətə başladığımız ilk gündən əsas məqsədimiz bələdiyyənin vergi-uçot sistemini qaydaya salmaq olub. Bununla yanaşı BAMS proqramının verdiyi imkandan yararlanmağımızın nəticəsidir ki, cari ilin birinci rübündə Masallı bələdiyyəsinin büdcə gəlirlərində 136 faizlik artım olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tural Ağammədov deyib.

Bələdiyyəniun əldə etdiyi bəzi rəqəmlərə toxunan sədr qeyd edib ki,  cari ilin birinci rübündə 10.333 manatlıq torpaq vergisi,  15.658 manatlıq əmlak vergisi,   1.683 manatlıq mehmanxana rüsumu, habelə  bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi   39.282 manat olub. Birinci rübdə hıəmçinin 180 manatlıq icarə haqqı toplanılıb. Beləliklə, cari ilin birinici rübündə  ümumilikdə  67.136 manat əldə olunub.

Sədr 202-2025-ci illərin birinci rübündə əldə olunan rəqəmləri də diqqətə çatdırıb.  Rəqəmlərdən məlum olur ki, bələdiyyə büdcəsi bu iki il ərzində  yalnız əmlakın özgəninkiləşdirilməsindən daxil olan vəsaitin üzərində qurulub. Demək olar ki, bələdiyyənin vergi xidmətinin iş fəaliyyəti hiss olunmayıb.

Belə ki, 2024- ci ilin birinci rübündə cəmi 92 manatlıq  torpaq vergisi, 571 manatlıq əmlak vergisi, 264 manatlıq  mehmanxana rüsumu əldə olduğu halda, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi   27.368 manat olub. Ümumilikdə isə  2024- cü ilin birinci rübü ərzində 28.525 manat əldə olunub.

2025-ci ilin birinci rübündə isə torpaq vergisinin həcmi 1.505 manat,  əmlak vergisinin həcmi  4.193 manat , mehmanxana rüsumunun həcmi  132 manat, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmi  isə 29.709 manat olmaqla,  ümumilikdə  birinci rüb ərzində 35.539 manat əldə olunub.

Göründüyü kimi, cari ilin birinci rübündə əldə olunan vəsaitin 39 faizi yerli vergilərdən daxil olmuşdursa, iki il əvvəl bu rəqəm cəmi ümumi büdcə gəlirlinin cəmi üç faizini təşkil edirdi.

Hədəfimiz daha yüksək nəticələr əldə etməkdir. Yalniz bu halda seçicilərimizin qaldırdığı problemlərin həllinə nail ola bilərik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər