Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 20:21

552

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bəhruz Abbasov: “Gəlin gələcəyimizi birlikdə quraq”

Gəncə Dövlət Aqrar Univeristeində “Gənclər Gününə”  həsr olunan "Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlət və sağlam cəmiyyətin təminatıdır" mövzusunda regional konfrans keçirilib. Könfransda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının və Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov da çıxışçılar arasında olub.  Bəhruz Abbasovun çıxışını təqdim edirik:

“Hörmətli müəllimlər, hörmətli ağsaqqallarımız, hörmətli tədbir iştirakçıları, dəyərli şəhid anaları!

Hər birinizi salamlayıram!

Məndən öncə dəyərli natiqlərimiz dəyərli ağsaqqallarımız çıxışlarında gənclərin gələcəyi  barədə çıxış etdilər buna görə  hər birinizə dəyərli məsləhətlərinizə görə gənclər və öz adımdan təşəkkür edirəm.

Gənclər Günü bizə təkcə bayram sevinci deyil, həm də məsuliyyətimizi xatırladır. Gənclərin üzərinə düşən əsas öhdəliklər – bilik əldə etmək, daim öz üzərində çalışmaq və cəmiyyətə faydalı vətəndaş olmaqdır. 

Biz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, müasir düşüncəyə sahib olmalı, qanunlara hörmət etməli və vətənimizin inkişafında fəal iştirak etməliyik.

Sağlam düşüncəli, təşəbbüskar və məsuliyyətli gənclik güclü dövlətin əsas təminatıdır.

Gəlin, bu məsuliyyəti dərk edək və gələcəyimizi birlikdə quraq.

Diqqətinizə görə təşəkkür edirəm!”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər