Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-01-2026 , 19:06

588

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyəmiz planlaşdırdığı işlərin bəzilərini tam icra edə bilməmişdir: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR

 Prezident  İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Möhtərəm Prezident İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz bu uğurlu siyasətin davamı olaraq Böyük Zəfərdən sonra suveren Azərbaycan özünün quruculuq və inkişaf dövrünü yaşayır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada söz sahibi ölkələrdən birinə çevrilib. Təkcə ərazi bütövlüyümüzün tam pərpa olunmasını deyil, həm də milli kimliyimizi, birliyimizi ifadə edən suverenlik və dövlətçilik anlayışlarının möhkəmlənməsi məqsədilə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də qarşıda yeni strarteji hədəflərə doğru ölkəmizin inamla addımladığının sübutudur.

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli  Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Gənc Bələdiyyə üzvülərimiz seçicilərin  məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş

üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.

Qax bələdiyyəsi də “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun və Qax bələdiyyəsinin Nizamnaməsinin tələblərinə müvafiq olaraq hesabat dövrü ərzində fəaliyyət göstərmişdir. 

2025-cü il ərzində Qax bələdiyyəsinin gəlirləri 130110.00 (bir yüz otuz min bir yüz on) manat olmuşdur. Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur.

          Sıra sayı               M ə z m u n u     İcra olunmuşdur

I.Gəlirlər

1.            Daxil olub torpaq satışından       42385.00

2.            Daxil olub əmlak vergisi 44198.00

3.            Torpaq vergisindən        15117.00

4.            Dəfn rüsumu     5050.00

5.            Xeyir- şər mağarından icarə haqqı            3950.00

6.            Sahibkarlıq obyektindən icarə haqqı       5500.00

7.            Dotasiya              12000.00

8.            Mehmanxana rüsumu   120.00

9.            Səyyar ticarət xidmətindən         1740.00

10.          İanə       50.00

                CƏMİ:   130110.00

  2025-ci il ərzində əmlak vergisindən 44198.00 (qırx dörd min bir yüz doxsan səkkiz) manat, torpaq vergisindən 15117.00 (on beş min bir yüz on yeddi) manat toplanmışdır. 2024-ci ili illə müqayisədə əmlakdan 2463.00 (iki dörd altmış üç) manat artım və  torpaq vergilərinin toplanmasında 9703.00 (doqquz min yeddi yüz üç) manat azalma olmuşdur. Lakin yerli vergilərin toplanmasında yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. Azərbaycan Respublikası “Vergilər Məcəlləsi” nə edilmiş dəyişikliklərə əsasən 2015-ci il yanvarın 1-dən etibarən yerli vergilər mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyə büdcəsinə ödənilməlidir. Belə ki, vətəndaşlara bildirişlər təqdim olunsa da, onlar poçt vasitəsilə vergi borclarını ödəməkdən yayınırlar. Bununla əlaqədar BAMS proqramında yeni  sistem yaradılmışdır. Bu sistem vergidən yayınma hallarının qarşısını alır.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 130539.00 (bir yüz otuz min beş yüz otuz doqquz) manat təşkil etmişdir.

 II-Xərclər

1.            Verilib işçilərə əmək haqqı və məzuniyyət xərci (01.01.2024-ci ilə qalmış əməkhaqqı borcu 12263.00 manat olmaqla ödənilmişdir)    63409.00

2.            D.S.M.F-na ə/h-dan ayırma ( 22% , 2% tibbi sığorta,  0.5 % işsizlik)            16269.00

3.            Əmək haqqından tutulan (gəlir vergisi, S.Q.Y.F, həmkarlar, 3% sosial ayırma, tibbi sığorta YAP, işsizlik)                10863.00

4             Aztelekoma xidmət haqqı            1280.00

5             Azərişıq A.S.C-nə xidmət haqqı 1350.00

6             Azəriqaz İB-ə xidmət haqqı          643.00

7             Bank və poçt xərcləri      921.00

8             İmkansız ailələrə yardım               3396.00

9             Torpaq satışından daxil olmuş vəsaitin geri qaytarılmasına           11410.00

10           ŞBMA-na üzvülük haqqı 700.00

11           İdarə maşınlarının saxlanılması xərci       2661.00

  12         Təmir və abadlıq işlərinə              2658.00

13           Abunə yazılışına               441.00

14           Onlayn xidmət haqqı      3543.00

15           Qəbristanlıqda təmir işlərinin aparılması               3705.00

16           Şəhid və qazi ailələrinə yardım  1825.00

17           Kütləvi tədbirlərin keçirilməsi     750.00

18           BAMS reystrdən çıxarışların alınması üçün karta vəsaitin  köçürülməsinə              1000.00

19           Dəftərxana və təsərrüfat xərci   1182.00

20           Kommunal Müəssisələri kombinatına xidmət haqqı         350.00

21           Audit xidməti haqqı        300.00

22           Ekologiya             300.00

23           “Belediyye –İnfo”  MMC              200.00

24           İnventarların alınması və quraşdırılması 236.00

25           Təhtəl hesaba   400.00

26           “Azərsu”  su pulu             500.00

27             İşçilərin həyat sığortası               247.00

                CƏMİ:   130539.00

   01.01.2026-ci ilə yerli büdcə qalığı:  7.00 (yeddi) manat.

Hesabat dövrü ərzində maliyyə imkanlarımız əsasında bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

- Bələdiyyə Vətən müharibəsi şəhidləri, qazilərə  və onların ailələrinə həm maddi, həm də mənəvi dəstək göstərməyə çalışmış, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün həyətyanı torpaq sahələrinin ayrılmasına köməklik göstərməyə çalışmışdır. I və II Qarabağ şəhidlərinin  ailələrinə, qazilərə, ümumilikdə 1825.00 (bir min səkkiz yüz iyirmi beş) manat, aztəminatlı ailələrə isə 3396.00 (üç min üç yüz doxsan altı) manat olmaqla, ümumilikdə 5221.00 (beş min iki yüz iyirmi bir)  manat məbləğində yardım edilmişdir.

 - “Heydər  Əliyev  parkı”,Nizami parkı, İçəribazar Qala Kompleksində  Nəsimi bağında da yaşıllıqların və ağacların  suvarılmasına,təmir və abadlıq işlərinin görülməsinə  ümumilikdə 2658.00 (iki min altı  yüz əlli səkkiz)  manat,

-Qax bələdiyyəsinin nəzdındə fəaliyyət göstərən şəhər qəbrstanlığında təmir işlərinin aparılmasına 3705.00 (yü min yeddi yüz beş) manat xərclənmışdir.

2025-ci il ərzində ümumilikdə bələdiyyənin 20 iclası keçirilmişdir. İclasların gündəliyinə 59 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. İclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib. Qəbul edilən qərarların icrası təmin edilmişdir. Bələdiyyənin fəaliyyətinə inzibati nəzarət haqqında 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar vaxtında Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir və vahid bələdiyyə portalında yerləşdirilmişdir. Bələdiyyədə 2025-ci il ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa  uyğun qayadada aparılmışdır. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir. 2025-cü il  ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 269 ədəd ərizə  daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım olunması, təhlükə yaradan ağacların budanmasına icazə verilməsi, mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti əsasən həll edilmişdir. Qax şəhərinin genişləndirilməsi ilə əlaqədar ayrılmış torpaq sahələrinin təyinatının dəyişdirilməsi başa çatmadığı üçün həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətləri təmin etmək mümkün olmamışdır.

2025-ci il ərzində    85-dən çox vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir. İl ərzində yerli vergi ödəyicilərinə tədiyyə bildirişləri paylanmışdır.

2025-ci il  ərzində 140 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

2025-ci il ərzində bələdiyyəyə rəsmi orqanlardan 155 ədəd sənəd daxil olmuşdur. Sənədlərə aiddiyatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Təəssüf ki, obyektiv səbəblərdən bələdiyyəmiz icrasını planlaşdırdığı bir çox işi həyata keçirə bilməmişdir. Ancaq 2026-ci ilin birinci yarısına kimi ümid edirik ki, bir çox məsələlər öz həllini tapacaqdır. Növbəti hesabat dövründə buraxılmış nöqsanları da aradan qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq, bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, növbəti hesabatlarda seçicilər qarşısına daha uğurlu nəticələrlə çıxmağa çalışacağıq.

 Eyvaz  Orucov

Qax bələdiyyəsinin sədri                              

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər