Günel Ağayeva: “Nəticə etibari ilə əldə olunan vəsait vergi ödəyiciləni narahat edən məsələlərin həllinə yönəldilir”
“Bələdiyyə
olaraq çalışırıq ki, müraicət edən hər bir vətəndaşın müraciətini diqqətdə
saxlayaq. Lakin bunun üçün hər zaman büdcə daxilolmalarının həcmini artırmaq
barədə düşünməli və bu istiqamətdə addımlar atmalıyıq.”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri
Günel Ağayeva deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti sayəsində Nohurqışlaq bələdiyyəsi
yerli vergilərin həcmini ümumilikdə 2.7 dəfə artıra bilib. Əmlak vergininin həcmini
ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə, torpaq vergisnin həcmini isə 2.5
dəfə artırmışıq.
Nəticə
etibari ilə əldə olunan vəsait vergi ödəyiciləni narahat edən məsələlərin həllinə
yönəldilir.
Nohurqışlaq
bələdiyyəsi kənd ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi üçün bundan
sonra da var qüvvəsi ilə çalışacaq.
Belediyye.info
Rəylər
1 Rəy
Aslan Nuruyev
17-12-2025, 4 həftə əvvəl
Çox sağolun, kəndimiz üçün görülən işlər həmişə alqışlanır sonunda kəndin daxili problemlerinin hell olunması bir başa mədəniyyətimizin göstəricisidir.
Cavabla