Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2025 , 22:15

1582

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Bu layihə kənddə nəqliyyatın hərəkətində mövcud çətinlikləri aradan qaldırılıb”

“Quba rayonu, Küpçal-Dağlı bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə Üçgün kəndinə gedən yol üzrə təmir-bərpa işləri həyata keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmizəyev deyib.

Sədr qeyd edib ki, layihə çərçivəsində yolun uzun müddətdir zədələnmiş hissələrinin düzəldilməsi, torpaq örtüyünün möhkəmləndirilməsi və suyun axınını tənzimləmək məqsədi ilə lazım olan nöqtələrdə suötürücü boruların quraşdırılması təmin edilmişdir.

Aparılan işlər zamanı bələdiyyə əməkdaşları ilə yanaşı, yerli sakinlərin də aktiv dəstəyi və könüllülər iştirakı olmuşdur. Sakinlərin göstərdiyi yardımlar təmir prosesinin daha sürətli və daha səmərəli icrasına şərait yaratmışdır.

Görülən tədbirlər nəticəsində yolun keçid imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, nəqliyyatın hərəkətində mövcud çətinliklər aradan qaldırılmışdır. Bu isə həm kənd əhalisinin gündəlik gediş-gəlişini asanlaşdırmış, həm də təsərrüfat fəaliyyətlərinin daha rahat həyata keçirilməsinə imkan yaratmışdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər