Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-12-2025 , 21:23

951

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Azər Məhərrəmov: “Məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir

 

“Əbilkənd ərazisində yeni yaşayış massivində 460 metr uzunluğunda yolun torpaq qatı daşınaraq düzəldilib” bu fikirləri Belediyye.infoya Saatlı rayonu, Qara Nuru bələdiyyəsinin sədri Azər Məhərrəmov deyib.

Sədrin sözlərinə görə, həyata keçirilən layihələrin böyük əksəriyyəti vətəndaşların müraciətləri əsasında həyata keçirilir. Bu günlərdə edilən müraicətlər bələdiyyə iclasında müzakirə edilərək icrası barədə qərar qəbul edilib.

Belə ki, bələdiyyəinin ərazisində olan yol “Qreder” vasitəsilə hamarlanaraq formaya salındıqdan sonra çınqıl tökülərək yayılmışdır. Sonradan yenidən  “Qreder”lə üstündən  gedilərək bərkitmə işləri aparlımışdır. Bununla yol da olan çökək ərazilər bir daha doldurulmuş və gediş-gəliş üçün daha rahat vəziyyətə gətirilmişdir.

Sədr sonda qeyd edib ki, bələdiyyə olaraq kəndlərimizin inkişafı və sakinlərimizin rahatlığı üçün işlərimiz bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər