Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-09-2025 , 00:33

1221

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Orxan Əliyev: “Torpaq və əmlak vergisində artım olsa da...”

“Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməkdir”- bu fikirləri Belediyye.info adıçəkilən bələdiyyənin sədri Orxan Əliyev deyib.

Sədr qeyd edib ki, 2025-ci ildə bələdiyyənin ümumi daxilolmaları 27.169,3 manat olmuşdur. Müqayisə üçün, qeyd edək ki, ötən ildə bu göstərici 31.000 manat təşkil edib. Bələdiyyə mülkiyyətinin özgəninkiləşdiirlməsində ciddi azalma baş versə də, əmlak və torpaq vergisinin həcmində artım müşahidə olunub.  

Sədr qeyd edib ki, əmlak vergisi: 3.559 manat (ötən il – 957 manat), torpaq vergisi: 7.678 manat (ötən il – 2.680 manat),  icarə haqqı: 15.388 manat (ötən il – 14.400 manat), ancaq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş: 2.000 manat (ötən il – 9.100 manat) olub. 

Hazırda bələdiyyə fəaliyyəti 9 nəfərlik işçi heyəti ilə təmin olunur. İşçilərin aylıq əməkhaqqı ilə yanaşı, hər ay kəndlərdə təmizlik xidmətlərinin göstərilməsinə 1200 manat vəsait ayrılır.

Bundan əlavə, DSMF ödənişlərinə 6.984 manat yönəldilmişdir ki, bu da sosial təminat və işçi hüquqlarının qorunması baxımından mühüm göstəricidir.

Sədr qeyd edib ki, ümumilikdə, torpaq və əmlak vergilərindən daxilolmalar əvvəlki illə müqayisədə artmış, lakin bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən gələn vəsaitdə ciddi azalma qeydə alınmışdır.

Hazırda əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla sakinlərin qaldırdığı məsələlərin həllinə  bundan sonra da çalışacağıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər