Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2025 , 15:57

1730

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Ələsgərov: “İlin  sonunadək büdcə gəlirlərindəki artım səviyyəsini 80 faizədək artırmaq niyyətindəyik”

“Bu gün  Abşeron rayonu Məmmədli bələdiyyəsinin başlıca fəaliyyəti sakinlərə xidmətdən keçir. Məqsədimiz vətəndaşların qaldırdığı məsələlərin bələdiyyədən asılı olanlarının sürətli həllinə çalışmaqdır.  Hazırda bələdiyyənin vergi xidməti BAMS-da tətbiq edilən yeniliklərdən səmərəli şəkildə istifadə etməyə çalışır. Yeniliklərdən lazımi şəkildə istifadə etməyin nəticəsidir ki, cari ilin  səkkiz ayı ərzində büdcə gəlirlərində  63.7  faiz artım müşahidə olunub.  Etiraf edək ki, Məmmədli bələdiyyəsinin indiyədək belə yüksək nəticəyə  nail olmamışdır.”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Ələsgərov deyib.

Sədr bildirib ki, bələdiyyənin vergi xidmətində çalışanların birgə səyi ilə ilin  sonunadək artım səviyyəsinin 80 faizədək artırmaq niyyətindəyik.

Əlavə edək ki, 2024- cü ilin səkkiz ayı ərzində bələdiyyə büdcəsinə yerli vergilərdən 28.575 manat daxil olmuşdursa, cari ildə bu rəqəm 78.636 manata bərabər olub.

Sədr onu da əlavə edib ki, cari ilin sonunadək büdcə gəlirlərində artım səviyyəsini bir qədərdə artırmaq niyyətindəyik. Bələdiyyənin buna potensilaı var. Əldə etdiyimiz vəsait hesabına həyata keçirdiyimiz bir sıra layihələr Abşeron RİH-in həyata keçirdyi layihələrə dəstək olaraq  həyata keçirilir.

Hesab edirik ki, əldə olunan bu nəticələr bələdiyyə kollektivinin uğuru kimi də qəbuil edilə bilər.

Belediyye.info

Rəylər

2 Rəy

Fatimə Məmmədova

07-09-2025, 2 ay əvvəl

Xeyrli uğurlu olsun.

Cavabla

Ayxan

07-09-2025, 2 ay əvvəl

Məmmədli kəndi çox abadlaşıb👍🏻 Halaldı

Cavabla

Rəy yaz

Oxşar xəbərlər