Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2025 , 09:47

1379

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayl Rəsulov: “Gələcəkdə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində tədbirlər davam etdiriləcək”

“Ağcabədi bələdiyyəsinin iclasının  qərarına əsasən 2025-2026-ci il tədris ilinin başlanması ilə əlaqədar  25 aztəminatlı ailənin övladına məktəb ləvazimatları  təqdim edilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.

Sədr bildirib ki, məsələ ilə bağlı bələdiyyədə yaradılmış işçi qrupunun iştirakı ilə sosial dəstək tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqları məktəbli forması, ayaqqabı və çanta ilə təmin olunublar. 

Sədr qeyd edib ki, bələdiyyənin bu addımı aztəminatlı ailələrin maddi yükünü yüngülləşdirmək, uşaqların təhsilə daha rahat və inamla başlamasına şərait yaratmaq məqsədi daşıyır.

Bələdiyyə sədri qeyd edib ki, gələcəkdə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində tədbirlər davam etdiriləcək və uşaqların təhsilə cəlb olunmasına hər zaman dəstək göstəriləcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər