Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-08-2025 , 00:09

1501

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsində vətəndaş qəbulu keçirilib

Bu gün Şabran Bələdiyyəsində vətəndaş qəbulu keçirilib. Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər təhlil edilərək, həlli istiqamətində atılacaq addımlar müzakirə olunub.
Bələdiyyə sədri Fidan Fərzəliyeva vətəndaşların sosial, infrastruktur və digər məişət problemlərinin operativ həlli üçün bütün imkanların səfərbər olunacağını qeyd edib. O, hər bir müraciətə fərdi yanaşılacağını, problemlərin həlli üçün aidiyyəti qurumlarla birgə iş aparılacağını vurğulayıb.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təkliflər də diqqətlə dinlənilib və icra üçün müvafiq plan hazırlanıb. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərləri isə araşdırılması üçün aidiyyəti məsul şəxslərə yönləndirilib.
Şabran Bələdiyyəsi olaraq vətəndaşlarla mütəmadi ünsiyyətin saxlanılması, onların hüquq və maraqlarının qorunması, həmçinin sosial rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər