Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-08-2025 , 16:06

1803

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 İsmayıl Rəsulov: “Bizim əsas vəzifəmiz...”

Ağcabədi bələdiyyəsində növbəti vətəndaş növbəti  keçirilib.

“Vətəndaş qəbullarının keçirilməsi Ağcabədi bələdiyyəsində artıq ənənə halını alıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.

Bütün hallarda qəbula gələn vətəndaşların müraciətləri  dərhal bələdiyyənin icra aparatının rəsmiləri tərəfidnən  dinlənilir və bələdiyyədən asılı olan məsələlər bələdiyyə iclasında müzakirəyə çıxarılması qərara alınır. Sonuncu qəbul zaman 21 vətəndaş qəbul olunub, problemləri dinlənilib.

Vətəndaşların əsas müraciətləri SMS-lərlə, habelə həyətyanı, əkin və örüş torpaqlarının, habelə islahat komissiyalarının pay torpaq bölgüləri ilə bağlı olub.

Sədr qeyd edib ki, ilk dəfə olaraq BAMS üzərindən SMS xidməti təşkil olunub. Bu xidmətdən istifadə bələdiyyənin vergi xidməti əməkdaşlarının fəaliyyətini bir xeyli yüngülləşdirib.

İlk dəfə vergi borcları ilə bağlı  SMS alan vətəndaş məsələyə aydınlıq gətirməsi üçün bələdiyyənin inzibati binasına gəlməyə üstünlük verib.

Qəbulda iştirak edən hər bir vətəndaşla söhbətlər aparılıb, vergi borclarını vaxtında ödəmək tövsiyə olunub. Digər məsələlərlə bağlı məqamlarada aydınlıq gətirilib.

Bizim əsas vəzifəmiz vətəndaşın qaldırdığı məsələyə aydınlıq gətirməklə, onu bələdiyyədən razı yola salmaqdır. Məhz bu addımla vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər