İsmayıl Rəsulov: “Bizim əsas vəzifəmiz...”
Ağcabədi bələdiyyəsində növbəti vətəndaş növbəti keçirilib.
“Vətəndaş
qəbullarının keçirilməsi Ağcabədi bələdiyyəsində artıq ənənə halını alıb”- bu
fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.
Bütün
hallarda qəbula gələn vətəndaşların müraciətləri dərhal bələdiyyənin icra aparatının rəsmiləri
tərəfidnən dinlənilir və bələdiyyədən
asılı olan məsələlər bələdiyyə iclasında müzakirəyə çıxarılması qərara alınır.
Sonuncu qəbul zaman 21 vətəndaş qəbul olunub, problemləri dinlənilib.
Vətəndaşların
əsas müraciətləri SMS-lərlə, habelə həyətyanı, əkin və örüş torpaqlarının, habelə
islahat komissiyalarının pay torpaq bölgüləri ilə bağlı olub.
Sədr
qeyd edib ki, ilk dəfə olaraq BAMS üzərindən SMS xidməti təşkil olunub. Bu xidmətdən
istifadə bələdiyyənin vergi xidməti əməkdaşlarının fəaliyyətini bir xeyli
yüngülləşdirib.
İlk dəfə
vergi borcları ilə bağlı SMS alan vətəndaş
məsələyə aydınlıq gətirməsi üçün bələdiyyənin inzibati binasına gəlməyə üstünlük
verib.
Qəbulda
iştirak edən hər bir vətəndaşla söhbətlər aparılıb, vergi borclarını vaxtında
ödəmək tövsiyə olunub. Digər məsələlərlə bağlı məqamlarada aydınlıq gətirilib.
Bizim
əsas vəzifəmiz vətəndaşın qaldırdığı məsələyə aydınlıq gətirməklə, onu bələdiyyədən
razı yola salmaqdır. Məhz bu addımla vətəndaş məmnunluğunu təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy