Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2025 , 00:25

1821

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Heç olmasa növbəti belə yağısadək  hansısa mütərəqqi bir addımı atmalıyıq


Bu gün paytaxt yenə iflic vəziyyətə düşmüşdü. Tıxac bir tərəfdən, güclü yağışda digər tərəfdən işə tələsənləri nəfəs almağa belə qoymurdu.  Yağış güclü idi. Aramsız idi. Sürətli idi. Ancaq davamlı deyildi. Elə bil altı ay əvvəlki vəziyyət təkrarlanırdı. Sanki "qurbanolduğum" bizi yenidən imtahana çəkirdi.

Görünən odur ki, yenə evləri su basdı, yenə sakinlər problemlərlə üz-üzə qaldılar, yenə Bağırov körpüsü və Sabunçu körpüsü su ilə doldu. Yenə “Fövqalədənin” suçəkən maşınları ortalıqda idi.  Xoşbəxtlikdən bu dəfə  tələfat olmadı. Belə olan halda  sual olunur kimdir müqəssir?

Hərə bir fikir səsləndirir. Mən isə müəyyən məsələlərdən hali olduğumdan qısa, konkret və lakonik şəkildə məsələyə subyektiv fikrimi bildirmək istərdim.

Beləliklə, şəhər təsərrüfatının bu gün belə vəziyyətə düşməsində hər bir məmurun öz günah payı var. Konkret. Xüsusəndə RİH-dəki siyasi rəhbərlərin.  Ancaq Bakı ŞİH-in sabiq başısı, çox hörmətli professorun bu vəziyyətin yaranmasında xüsusi xidmətləri var.  18 illik hakimiyyəti dövründə şəhər tərərrüfatı elə günə düşdü ki, məcbur olub, səlahiyyətləri bir-bir əlindən alındı ki, heç olmasa nəfsinə "tət" desin. Olmadı. Alınmadı, çünki artıq gec idi.  Sabiq mer 18 illik hakimiyyəti dövründə bəlkədə yüz dəfələrlə kritik vəziyyətə düşən kimi bələdiyyələri ittiham etməklə vəziyyətdən çıxmışdı. Nə isə o illərə qayıtmaq istəməzdim.

Amma Yeni Yasamalda, şəhərin bir çox ərazilərində ki mənzərə birbaşa sabiq merin fəaliyyətinin nəticəsidir.  Bağışladıq. Səlahyyətləri bir-bir Bakı ŞİH-dən alınması isə vəziyyəti düzəltmədi. Əslində idarəçilikdə pərakəndəlik yaratmış oldu.  Bir qurumun sözünü başqa bir qurum sinirə bilmədi.  Ziya Məmmədov dövrü isə ayrı bir aləm idi. 

Hər halda paytaxt idarəçiliyindəki pərakəndəlik aradan qalxmasa, idarəçilik bir mərkəzdən olmayanadək bu cür halların baş verməsi labuddur. 

Bu gün onlarca mərkəzi icra orqanının Bakı  şəhəri üzrə idarələri var.  Və fəaliyyətdədir.  Bu idarələrin rəhbərlərinin təyinatından  heç bir şəhər və  rayon icra hakmiyyəti başçısının xəbəri belə olmur.  Halbuki, bu  məsul vəzifədir və bir başa paytaxt infrastrukturu ilə bağlıdır.  Vaxt ilə bu qurumların hər biri Bakı Şəhər İcra Hakimiyyətinə birbaşa və dolayısı ilə tabeçiliyi var idi və ya bu qurumun struktur vahidi  idi. Nə isə...

Bu gün vətəndaşa, o cümlədən mənə, yağıntının normadan çox olmasını, habelə digər ölkələrdə də belə halların baş verməsini milsal çəkmək əvəzinə, vəziyyətdən çıxış yolları göstərilsəydi daha yaxşı olardı. Fikrimcə.

Ən əsası paytaxt təsərüfatının idarəedilməsindəki pərakəndəlik aradan qaldırılmalıdır. Hadisə baş verir. Onu aradan qaldırmaq əvəznə qurumlar arasında  yazışmalar başlayır. İtirən isə vətəndaş olur, Nəticə də isə narazılıq yaranır və vətəndaş məmnunluğu təmin edilmir.

Bütün hallarda dünya təcrübəsindən əvvəl axır istifadə etməli olacağıq. Elə qardaş Türkiyə varintını götürək.  Qardaş ölkədə yerli idarəetmə və ən əsası səlahiyyət bələdiyyələrin əlindədir.  Yəni şəhər tərərrüfatı bir mərkəzdən idarə oliunur.  Bizdə istər BŞİH-nin başçısı, istər RİH başçısı bir başa heç bir quruma göstəriş vermək səlahiyyətində  deyillər. Onlar yalnız xahiş edirlər. Digər qurum rəhbəri isə yerində deyilsə onda faciənin ikinci seriyası”  başlayır.

Odur ki, tez bir zaman kəsiyində regional idaetməyə keçib, böyük şəhər bələdiyyələrini yaradıb, şəhər təsərrüfatının  idarəetməsini də  məhz seçki yolu ilə formalaşan quruma verməliyik.  İnanıram ki, yalnız bu halda istər paytaxtda, istərsə də rayonlarda vəziyyət düzələ bilər. Heç olmasa növbəti belə yağısa qədər hansısa mütərəqqi bir addımı atmalıyıq.

Bir azda dözləyək...

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
976

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
862

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1283

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1187

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
829

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
884