Xocasən bələdiyyəsinin təşkilatçılığı ilə mini futbol yarışına start verilib
Bu gün Binəqədi rayonu Xocəsən bələdiyyəsinin təşkilatçılığı və dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Xocəsən tam orta məktəb şagirdləri arasında mini futbol yarışına start verilmişdir.
Mini futbol yarışının keçirilməsində məqsəd ölkəmizin idman potensialının inkişafına kiçik də olsa töhvə vermək, xüsusilə də şagirdlər arasında idmanı təşviq etməkdir. Həmçinin, şagirdlərin emosional və fiziki inkişafını artırmaqdır.
Turnirə may ayının 8-də yekun vurulacaqdır.
Xocasən bələdiyyəsi
Rəylər
0 Rəy