Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2025 , 00:52

731

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Maraqlı sualdır, deyimi. Biz bir vətəndaş olaraq istər elektron media orqanlarında, istər sosial media platformalarında belə bir məlumata rast gəlmiriksə, demək belə çıxır ki, bələdiyyələr formalaşdırılmayıb.
Əslində isə elə deyil. Yəni bu rayonlarda bələdiyyələr formalaşıb və ilk iclas fevral ayında baş tutub. Ancaq təəssüf ki, keçirilən iclaslar barədə məlumatların paylaşılması nədənsə arxa plana keçib. Nə isə...
Son günlərdə Siyəzən, Qobustan, Göyçay, Saatlı və Ucar bələdiyyələrində bələdiyyənin ilk iclasının keçirilməsi barədə məlumatın ictimailəşdirilməməsi haqqında qeydimi paylaşmışdım.
Təəssüf ki, bu rayonlardan yalnız Saatlı bələdiyyəsindən çox operativ xəbər aldıq. Bələdiyyənin fəaliyyəti ilə bağlı artıq mütəmadi olaraq məlumat göndərilməkdədir. Bizdə öz novbəmizdə göndərilən məlumatların üzərində işləyib paylaşırıq. Beləliklə, qısa bir qeydə dərhal reakiya verildi və beləliklə, Saatlı bələdiyyəsi ilə qırılan əlaqələr yenidən bərpa edildi.
Bundan əvvəl isə Şabran bələdiyyəsinin təşəbbüsü ilə əlaqələr yaradılaraq görülən işlər, atılan addımlar artıq paylaşılır. Həm sosial media platformalarında, həm Belediyye.info saytında, o cümlədən Belediyye.infonun votsap qrupunda. Etiraf edək ki, bundan əvvəlki illərdə Şabran bələdiyyələrinin varlığı ilə yoxluğu bəlli deyildi.
Sevindirici məqam bir də ondadır ki, qısa bir müddətdə son 25 ildə ilk dəfə olaraq Naxçıvan şəhər bələdiyyəsi ilə qarşı tərəfin təşəbbüsü ilə əməkdaşlıq əlaqələri yaradılmaqdadır.
Maraqlıdır, bəs Siyəzən, Qobustan, Göyçay və Ucar rayonunda fromalaşan bələdiyyələr barəsində hər hansı məlumat əldə etmək niyə mümkün olmamışdır?
Bu sıraya Quba, Masallı, Neftçala, İmişli, Şamaxı, Qusar, Lənkəran, Astara, Kürdəmir, Beyləqan, Zərdab, Ağcabədi, Şəki, Balakən, Oğuz, Yardımlı, Bərdə, Naftalan, Samux, Göygöl, Ağstafa, Hacıqabul rayonunda formalaşan bələdiyyələri də əlavə etsək göründüyü kimi böyük bir siyahı alınır.
Sual olunur, bu günədək bu rayonlarda formalaşan bələdiyyələrin ilk iclası barədə məlumat niyə paylaşılmayıb. Məqsəd nədir? Yoxsa “maniPulyasiya” prosesinə görə, məqsədli şəkildə ləngidilir. Olsun. Amma bütün hallarda məlumat varsa, onun paylaşılmasına maraqlı olmaq lazımdır. Belə məqamda RİH əməkdaşlarının bu prosesə müdaxiləsi yolverilməzdir.
Gəlin unutmayaq ki, həm seçici, həm ədliyyə orqanı, həm də ictimaiyyət səs verdiyi bələdiyyənin haqqında bütün təfərrüatları bilməlidir. Niyə də bilməsin? Bu məlumatların paylaşılması həm də qanunun tələbidir.
Bir az da gözləyək.
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
518

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
872

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
643

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1340

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
655

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
676