Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2025 , 14:52

606

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal  bələdiyyəsi Böyük Vətən müharibəsi veteranlarını ziyarət edib 

"1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslər, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin ailə üzvləri  Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin daima diqqət mərkəzindədir. Hər il olduğu kimi bu ildə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  Yasamal bələdiyyəsi tərəfindən rayon ərazisində yaşayan Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatı verilmişdir. Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov Böyük Vətən müharibəsi iştirakçıları Şiriyeva Şahxanım Əmir qızını və Əhmədov İsmayıl Məmməd oğlunu evlərində ziyarət etmiş, Yasamal  Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırmış, onların gündəlik qayğıları ilə maraqlanıb can sağlığı arzulamışdır. Göstərilən diqqət və qayğıya görə Şahxanım Şiriyeva və İsmayıl Əhmədov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova  minnətdarlığlarını bildirmişlər. 

Yasamal  bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər