İsrafil Hüseynov: "Bələdiyyənin vergi xidməti orqanı BAMS-ın verdiyi imkandan yararlanmaq üçün var qüvvəsi ilə çalışır"
"Cari ilin aprel ayında Buzovna bələdiyyəsinin büdcəsinə 29.820 manat vəsait daxil olub" - bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.
Sədr bildirib ki, vəsaitlər əsasən əmlak və torpaq vergisindən daxil olub.
2024-cü illə müqayisə üçün qeyd etmək istərdim ki, cari ilin aprel ayında əmlak vergisində 51%, torpaq vergisində 98.8% ümumilikdə isə 61.5% artım olub.
Artımın əsas səbəbi kimi sədr, son illərdə BAMS proqramının təkmilləşdirilməsi sayəsində və bələdiyyə rəhbərliyinin yerli vergi yığımı istiqamətində aparmış olduğu müsbət təhlillər nəticəsində vergi ödəyicilərinin aktivliyi səbəbindən olduğu qeyd edib.
Bununla yanaşı bələdiyyənin vergi xidməti orqanı BAMS-ın verdiyi imkandan yararlanmaq üçün var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy