Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2025 , 20:08

1877

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: "Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər Azərbaycan və Türkiyə bələdiyyələri arasında daima inkişaf edib və edəcəkdir"

"Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) 7-ci qurultayı 26 aprel 2025-ci ildə keçiriləcək. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun  iştirakı ilə keçiriləcək  Qurultay Zeytunburnu Kültür və Sənət mərəkəzində baş tutacaqdır"- bu fikirləri  TDBB-nin  İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Bir sıra bələdiyyə sədrlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti tədbir öncəsi İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziayrət edərək TDBB-nin baş katibi Fəxri Colakla görüşmüşlər.  

Görüşdə  Təmraz Tağıyev qeyd edib ki,  tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlətin yerli özünüidarəetmə orqanları  arasında daima inkişaf edib və edəcək. Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü düzgün şəkildə həyata keçirilir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb.

Görüşdə həmçinin  ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərindən, qarşılıqlı təcrübə mübadiləsindən danışılmış sonda hədiyyələr təqdim edilmiş və birgə xatirə şəkli çəkilmişdir.  

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
426

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
737

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
716

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
593

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
814

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
715