Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2025 , 15:55

207

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yaz sessiyasında Regional məsələlər komitəsinin İLK İCLASI

Yanvarın 17-də Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib. O, iclasın gündəliyinə iki məsələnin – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatının və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini söyləyib.

Komitə sədri deyib ki, 2024-cü il ölkəmiz üçün uğurlu, nailiyyətlərlə zəngin bir il olub. Ötən ildə ölkənin iqtisadi gücünün artması, əhalinin sosial rifahının yaxşılaşması, regionların inkişafı istiqamətlərində tədbirlər uğurla davam etdirilib.

Sonra S.Novruzov gündəliyin birinci məsələsi olan Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdırıb.

Bildirilib ki, komitənin ötən sessiya ərzində 6-sı onlayn olmaqla 9 iclas keçirilib, 10 məsələyə baxılıb. Qeyd olunub ki, ötən sessiya dövründə vətəndaşlardan komitənin ünvanına daxil olan 52 elektron, 46 kağız formatda müraciətə baxılaraq müvafiq tədbirlər görülüb. Komitə sədri vətəndaşlardan ümumilikdə komitə üzvlərinə ünvanlanmış 738 müraciətlə bağlı da məlumat verib.

Komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Müzakirədə komitə üzvləri Məzahir Əfəndiyev, Aydın Mirzəzadə, Arzuxan Əlizadə, Kamran Bayramov çıxış ediblər. Deputatlar bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi, ölkəmizin qarşısında dayanan müasir çağırışlar və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
673

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
764

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1228

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
787

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
687

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
1111

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
897