Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2024 , 18:41

1392

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

"“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Binəqədi bələdiyyəsinin təşəbbüsü və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının iştirakı ilə rayonu ərazisində ağacəkmə aksiyası təşkil olunub"- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.

Sədrin sözlərinə görə,  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq Binəqədi rayonunun dənizsahili ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. 

Aksiyada Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının rəsmiləri, rayon bələdiyyələrinin üzv və qulluqçuları, habelə Buzovna bələdiyyəsinin rəsmiləri , eləcə də könüllülər iştirak ediblər. Ağacəkmə aksiyasında iştirakçılar rayonun təbii şəraitinə uyğun olaraq 150  ayland  tingləri əkiblər.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, təmizlik-abadlıq işləri də apararaq ərazini alaq otları və daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb və əvvəllər əkilən tinglərə aqrotexniki qulluq göstəriblər.

Yaşıllıq aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam etdiriləcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
452

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
669

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
572

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
667

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2126

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
569

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
552

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
646