Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-10-2024 , 23:56

201

Son xəbərlər

Bütün xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 İmişli və Biləsuvar bələdiyyələri ilə seminar-müşavirə

         

 

İmişli regional ədliyyə idarəsi tərəfindən 24.10.2024-cü il tarixdə regional idarədə İmişli və Biləsuvar rayonları üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün növbəti seminar-müşavirə keçirilmişdir.

İlk öncə ulu Öndərin əziz xatirəsi və vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin baş məsləhətçisi Ruslan İsmayılov tədbirə gələn bələdiyyə sədrlərini və qulluqçuları salamlamış və keçirilən tədbirin onların fəaliyyətində qanunçuluğun təbliği, eləcə də işin təşkilində faydalı olacağı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına  əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkə ərazisində güniş yaşıllaşdırma, təmizlik və abadlıq işləri görüldüyünü vurğulamışdır. Görülən işlərdə bələdiyyələrində üzərinə böyük məsuliyyət düşdüyündən hər bir bələdiyyə öz ərazisində dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində müvaifq işlər görməsinin zəruruliyi onların diqqətinə çatdırılmışdır.

            Daha sonra regional idarənin əməkdaşları çıxış edərək “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri barədə”, “Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə fəaliyyəti ilə bağlı bütün sənədlərin, möhür və ştampların yeni bələdiyyə sədrinə təhvil verilməsi barədə”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər”, “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığının artırılmasında müasir informasiya resurslarının əhəmiyyəti”, “İxtisaslaşmış kadrların bələdiyyə qulluğuna cəlb edilməsinin əhəmiyyəti”, “Bərk məişət tullantılarının idarə olunmasında qanunvericiliyin tələbləri”, “Bələdiyyə qərarlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi” barədə mövzular ətrafında çıxışlar edilmiş və  seminar müzakirələr şəklində davam etmişdir.

Sonda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
72

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
147

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
217

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
246

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
341

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
379