Boradigah bələdiyyəsi olaraq fəaliyyətimizin ilk 100 günü ərzində görülən işlərin qısa xülasəsini təqdim edirik.
1. Şəhid məzarlarının və şəhid ailəsinin ziyarəti
Ərazidə mövcud olan şəhid məzarları ziyarət edilmiş, bəzi qəbirüstü sahələrdə təmizlik və abadlıq işləri görülmüşdür. Ərazidə yaşayan şəhid ailəsi də ziyarət olunmuş, ailənin qayğı və ehtiyacları ilə maraqlanılmışdır.
2. Yağan qar nəticəsində yolların təmizlənməsi
Yağan qar səbəbilə bağlanan əsas və mərkəzi yollar bələdiyyə tərəfindən qardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur.
3. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklər
Ərazidə yerləşən məktəblərdə və xəstəxanada çalışan qadın əməkdaşlar bayram münasibətilə hədiyyələrlə təbrik olunmuşdur.
4. Bələdiyyə binasının əsaslı təmiri və abadlıq işləri
Bələdiyyə binası yenidən təmir və bərpa edilmişdir. Hazırda fəaliyyətimiz əsaslı şəkildə təmir edilmiş binada davam etdirilir. Binanın üzərinə yeni lövhələr asılmış, binanın həyətində ağac və gül kolları əkilmişdir.
5. Küçələrə çınqıl tökülməsi
Ərazidə yol şəraiti zəif olan bəzi küçələrə çınqıl tökülərək gediş-gəliş daha əlverişli hala gətirilmişdir.
6. Novruz bayramı münasibətilə şəhid ailəsinin ziyarəti
Novruz bayramı ərəfəsində ərazidə yaşayan şəhid ailəsi ziyarət edilmiş, onların ehtiyacları dinlənilmişdir.
7. Sakinlərlə səyyar görüşlərin təşkili
Ərazidə sakinlərlə bir neçə səyyar görüş keçirilmişdir. Bu görüşlər növbəti aydan etibarən daha planlı və davamlı şəkildə həyata keçiriləcəkdir.
8. Yanğın nəticəsində ziyan görmüş müharibə iştirakçısına dəstək
Ərazidə baş vermiş yanğın nəticəsində həyətindəki köməkçi tikilisi tamamilə yanan müharibə iştirakçısına yardım göstərilmişdir.
9. Yolların təmizlənməsi üzrə daimi işlər
Yolların daimi təmizlənməsi işləri həyata keçirilir və bu proses davam edir. Bütün küçələrin eyni anda təmizlənməsi həm fiziki, həm də maliyyə baxımından çətin olduğu üçün bu sahədə sakinlərin dəstəyi vacibdir.
10. Vergi borcu olan vətəndaşlarla maarifləndirmə görüşləri
Əmlak və torpaq vergisi borcu olan vətəndaşlar bələdiyyə binasına dəvət edilərək maarifləndirici söhbətlər aparılmış, mövcud qanunvericilik onlara izah olunmuşdur. Təəssüf ki, hələlik nəticə əldə olunmamışdır.
11. İcarədarlarla görüş və icarə qiymətlərinə baxış
Ərazidəki icarədarlarla keçirilən görüşlərdə icarə qiymətlərinin real bazar dəyərinə uyğunlaşdırılması məsələsi müzakirə olunmuş və onlara bu barədə məlumat verilmişdir.
12. Daxil olan müraciətlər üzrə ümumi statistika
Bələdiyyəyə bu müddət ərzində 50-yə yaxın şifahi müraciət daxil olmuşdur.
10 müraciət həyətyanı torpaq alqı-satqısı ilə bağlı olmuşdur.
4 ərizə bələdiyyəyə məxsus torpaq sahələrinin icarəsi ilə bağlı təqdim edilmişdir.
Elektron poçt vasitəsilə 1 müraciət daxil olmuşdur.
13. Paybəlli torpaq sahələri ilə bağlı müraciətlər
Ən çox müraciətlər paybəlli torpaq sahələrinin koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı olmuşdur. Qeyd edilməlidir ki, bu torpaq sahələri bələdiyyə mülkiyyətinə daxil olmadığından, bələdiyyənin onların üzərində hər hansı fəaliyyət aparmaq səlahiyyəti yoxdur.
14."Müstəqilliyin səsi" adlı tədbir keçirildi
28 May – Müstəqillik Günü münasibətilə Boradigah ərazisində yerləşən ümumtəhsil məktəblərinin müəllim və şagird heyətinin, eləcə də təqaüdçü müəllimlərin iştirakı ilə "Müstəqilliyin səsi" adlı bayram tədbiri keçirilmişdir.
Tədbirdə iştiraka görə məktəblər təşəkkürnamələrlə təltif olunmuş, şagirdlərə isə dəftərxana ləvazimatları hədiyyə edilmişdir.
Masallı rayonu BORADİGAH BƏLƏDİYYƏSİ
Rəylər
0 Rəy